​Azərbaycan yığmasının sabiq üzvü Ukraynada medal qazanıb

​Azərbaycan yığmasının sabiq üzvü Ukraynada medal qazanıb Sergey Bezuqiy finişə üçüncü çatıb
Fərdi
10 İyun , 2016 17:30
​Azərbaycan yığmasının sabiq üzvü Ukraynada medal qazanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Kanoe üzrə Azərbaycan yığmasının sabiq üzvü Sergey Bezuqlıy Ukrayna çempionatında bürünc medal qazanıb. "Report"un məlumatına görə, 31 yaşlı idmançı 4 nəfərlik kanoe qayığında Aleksandr Levçenko, Andrey Şapoval və Mixail Prixodko ilə birgə yarışıb.

Onlar 1000 metrlik məsafəyə yürüşdə finişə 3-cü çatıblar. 

Qeyd edək ki, Sergey Bezuqlıy 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində çıxış edib. 31 yaşlı idmançı "Pekin-2008"də isə Ukraynanı təmsil edib. O, Azərbaycan yığması ilə 2015-ci ilin sonunda vidalaşıb. 

Son xəbərlər

Orphus sistemi