Azərbaycan yeniyetmə cüdoçuların dünya çempionatında ilk medalını qazanıb - YENİLƏNİB

Azərbaycan yeniyetmə cüdoçuların dünya çempionatında ilk medalını qazanıb - YENİLƏNİB Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında final görüşünü keçirib.
Fərdi
26 Sentyabr , 2019 14:42
Azərbaycan yeniyetmə cüdoçuların dünya çempionatında ilk medalını qazanıb - YENİLƏNİB

Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında final görüşünü keçirib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada yaponiyalı Keiji Tsujioka ilə üz-üzə gəlib.

Süleymanov rəqibinə vaza-ari ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, eyni çəkidə çıxış edən Turan Bayramov bürünc medal görüşündə qırğızıstanlı Çingizxan Saqnaliyevə uduzub.


12:35***

Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı yarımfinalda qırğızıstanlı Çingizxan Saqnaliyevi ipponla məğlub edib.

O, həlledici görüşdə yaponiyalı Keiji Tsujioka ilə qarşılaşacaq.


12:25***

Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Adil Marlenə qalib gəlib. O, finala vəsiqə uğrunda qırğızıstanlı Çingizxan Saqnaliyevlə qarşılaşacaq. Eyni çəkidə yer alan Turan Bayramov isə 1/4 finalda qazaxıstanlı Nursultan Zaizaqaliyevə məğlub olub.

Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi olan Bayramov təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini ipponla udub. O, bürünc medal uğrunda Kamran Süleymanov - Çingizxan Saqnaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

66 kq çəkidə Mətin Rzazadə iki görüşdə qalib gəlsə də, 1/8 finalda braziliyalı Mateus Pereyraya yenilib.

Qızların mübarizəsində 48 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda türkiyəli Buketnur Karabulutla bacarmayıb. 52 kq çəkidə Zeynəb Məmmədova isə eyni mərhələdə yaponiyalı Kaori Tadaya uduzub.


11:31***

Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında erməni rəqibinə qalib gəlib.

"Report"un məlumatına görə, Süleymanov 60 kq çəki dərəcəsi üzrə 1/8 final qarşılaşmasında Styopa Darbinyanı məğlub edib. Qalibin müəyyənləşmədiyi əsas vaxt azərbaycanlı idmançının başından zədə alması ilə yadda qalıb. Süleymanov görüşü başı sarıqlı halda davam etdirib. O, qızıl xal bölümündə Darbinyanı ipponla yenərək, adını 1/4 finala yazdırıb.

Eyni nailiyyətə elə bu çəkidə Bakıda keçirilmiş Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi Turan Bayramov da imza atıb. Həm Bayramov, həm də Süleymanov 1/4 finalda qazaxıstanlı cüdoçularla - müvafiq olaraq, Nursultan Zayzaqaliyev və Marlen Adillə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi