Azərbaycan Yay Universiadasında ilk medalını qazanıb

Azərbaycan Yay Universiadasında ilk medalını qazanıb Cüdoçu Hüseyn Rəhimli bürünc medala sahib olub
Fərdi
180
6 İyul , 2015 14:13
Azərbaycan Yay Universiadasında ilk medalını qazanıb

Bakı. 6 iyul. REPORT.AZ/ Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Yay Universiadasında Azərbaycan ilk medalını qazanıb. "Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli bürünc medala sahib olub.

O, ilk görüşündə yaponiyalı Yuji Yamamotoya uduzsa da, təsəlliverici görüşlərdə ardıcıl olaraq, rumıniyalı Eduard Nikolaesku, çexiyalı Vatslav Sedmidubski, estoniyalı Andre Seppa, özbəkistanlı Kamoliddin Rəsulovu yenib. Bürünc medal uğrunda həlledici qarşılaşmada isə Azərbaycan təmsilçisi rusiyalı Zəlimxan Ozdoyevi ipponla üstələyərək, mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, iyulun 14-dək davam edəcək Yay Universiadasında Azərbaycanı 3 cüdoçu və 3 qılıncoynadan təmsil edir. 

Son xəbərlər

Orphus sistemi