Yuxarı
    Bağlamaq

    ​Azərbaycan velosipedçisi Xorvatiyada 3-cü olub

    M.Müqerlin finiş xəttini 3 saat 9 dəqiqə 20 saniyəyə keçib

    Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın kontinental "Synergy Baku" velosiped komandasının Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəsi başa çatıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandanın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

    146 km-dən ibarət bu bölümdə M.Müqerli finiş xəttini hamıdan tez keçib - 3 saat 9 dəqiqə 20 saniyə. O, yarışın ilk mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olub. Bu amil idmançıya ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.

    Qeyd edək ki, "Synergy Baku" bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi