Yuxarı
    Bağlamaq

    ​Azərbaycan velosipedçisinin Çində keçirilən yürüş zamanı qolu sınıb

    Aleksandr Surutkoviç özündən öndə baş verən iki toqquşmadan qaça bilməyib

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental velosiped komandası Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə xoşagəlməz hadisə ilə üzləşib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan velosipedçilərindən Samir Cəbrayılov və Aleksandr Surutkoviç yarışın 188 km-lik 2-ci mərhələsində onlardan öndə baş verən iki toqquşmadan qaça bilməyiblər.

    İlk epizodda velosipedçilər mübarizəni davam etdirə bilsələr də, ikinci toqquşma zamanı A.Surutkoviçin sağ qolu sınıb. Nəticədə o, Çin turnirində iştirakını yarımçıq dayandırıb.

    2 mərhələdən sonra "Synergy Baku" komanda hesabında 22 kollektiv arasında 2-ci yerdədir. Sabah iştirakçılar Sinin şəhərindən Qinkaya qədər olan dağlıq yollarla 148 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.

    Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir. Onların içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi