Azərbaycan və Ermənistan karateçiləri arasında baş vermiş davanın təfərrüatları məlum olub - VİDEO

Azərbaycan və Ermənistan karateçiləri arasında baş vermiş davanın təfərrüatları məlum olub - VİDEO "Rəqib məğlubiyyəti həzm etmək istəməyib"
Fərdi
1716
8 May , 2015 19:46
Azərbaycan və Ermənistan karateçiləri arasında baş vermiş davanın təfərrüatları məlum olub - VİDEO

Bakı. 8 may. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tiflis şəhərindəki dünya çempionatı vaxtı Azərbaycan və Ermənistan karateçiləri arasında baş vermiş kütləvi davanın təfərrüatları məlum olub. 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "Report"a verdiyi məlumata görə, insident şotakan karate üzrə yarışda yaşanıb.

O bildirib ki, Azərbaycan karateçilərinin Ermənistan təmsilçiləri üzərində qələbə qazandıqları 8-ci döyüşdən sonra rəqib məğlubiyyəti həzm etmək istəməyib. Nəticədə tərəflər arasında əlbəyaxa döyüş baş verib. Bu döyüşdən də Azərbaycan tərəfi qalib ayrılıb. Döyüldüklərini görən ermənilər zaldan çıxaraq qaçıblar.

Qeyd edək ki, Azərbaycan Şotokan Karate Federasiyasının prezidenti Elçin Mehdizadədir. 

Son xəbərlər

Orphus sistemi