Azərbaycan, Türkiyə və Özbəkistan güləşçiləri Kislovodsk toplanışında - VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan güləşçiləri Kislovodsk toplanışında - VİDEO Sərbəst güləş üzrə Azərbaycan yığması Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.
Fərdi
24 Fevral , 2020 11:54
Azərbaycan, Türkiyə və Özbəkistan güləşçiləri Kislovodsk toplanışında - VİDEO

Sərbəst güləş üzrə Azərbaycan yığması Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, İtaliyanın paytaxtı Romadakı Avropa çempionatından dərhal sonra qonşu ölkədə hazırlıq prosesinə start verən milli komandanın tərkibində olimpiya çəkilərində çıxış edənlər yer alıb. Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanış fevralın 29-dək davam edəcək. Özbəkistan və Türkiyə komandalarının da iştirak etdiyi təlimlərin keçirilməsində əsas məqsəd fiziki hazırlığın yüksəldilməsidir.

Toplanışa Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Abubakr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) qatılıb. Əvəzində Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmir.

Qeyd edək ki, toplanış 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi