Yuxarı
    Bağlamaq

    Azərbaycan triatlonçusu Dünya Kubokunda gümüş medal qazanıb

    Rostislav Pevstov 26 dəqiqə 48 saniyə nəticə göstərib

    Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan yığmasının triatlonçusu Rostislav Pevstov Çinin Çenqduda şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

    Azərbaycan Triatlon Federasiyasından “Report”a verilən məlumata görə, idmançılar əvvəlcə yarımfinal mərhələsində mübarizə aparıblar. Burada 6-cı olan R.Pevtsov finala vəsiqə qazanıb.

    Azərbaycan idmançısı finalda 400 metrlik su məsafəsini 4 dəqiqə 57 saniyəyə, 10 km velodistansiyanı isə 13 dəqiqə 39 saniyəyə qət edib. R.Pevtsov yarışın son mərhələsini – 2,5 kilometrlik qaçış zolağını 7 dəqiqə 2 saniyə nəticə ilə başa vurub. O, ümumi hesablamada 26 dəqiqə 48 saniyə nəticə göstərərək ikinci yeri tutub.

    Qeyd edək ki, cari mövsümdə Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kubokunun qalibi olub. O, həmçinin Rabat şəhərində təşkil olunan Açıq Afrika Kubokunda qızıl medal qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi