Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan pauerliftinqçisi Şamo Aslanov gümüş medal qazanıb.
Fərdi
23 İyun , 2021 16:27
Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarına 20-ci lisenziyanı qazanıb
Şamo Aslanov

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən Dünya kubokunda Azərbaycan pauerliftinqçisi Şamo Aslanov gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 107 kq çəki dərəcəsindəki idmançı 223 kq nəticə göstərib.

Reytinq xalları qazandıran əvvəlki yarışlarda da yüksək nəticə əldə etmiş Aslanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, indiyədək Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 20 lisenziya qazanıb. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündədir.

Son xəbərlər

Orphus sistemi