Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb - VİDEO

Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb - VİDEO Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb.
Fərdi
7 Dekabr , 2019 16:07
Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb - VİDEO

Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb. 

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Karataşov buna 11-12 yaşlıların mübarizəsində nail olub. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin 11 yaşlı yetirməsi həlledici mərhələdə 62.700 xalla birinciliyi əldən verməyib.

Qalibin şərəfinə yeni istifadəyə verilmiş və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Son xəbərlər

Orphus sistemi