Azərbaycan taekvondoçusu ikiqat Avropa çempionu olub

Azərbaycan taekvondoçusu ikiqat Avropa çempionu olub Radik İsayev Kazanda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb
Fərdi
13 May , 2018 20:08
Azərbaycan taekvondoçusu ikiqat Avropa çempionu olub

Bakı. 13 may. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

"Report"un məlumatına görə, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Kazandakı Avropa çempionatında daha əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi