Azərbaycan taekvondoçusu Universiadada gümüş medal qazanıb - ƏLAVƏ OLUNUB

Azərbaycan taekvondoçusu Universiadada gümüş medal qazanıb - ƏLAVƏ OLUNUB Ayxan Tağızadə yarımfinalda erməni rəqibinə qalib gəlib
Fərdi
22 Avqust , 2017 14:21
Azərbaycan taekvondoçusu Universiadada gümüş medal qazanıb - ƏLAVƏ OLUNUB

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Ayxan Tağızadə Tayvanda təşkil edilən XXIX Yay Universiadasında gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan 21 yaşlı idmançı Fabio Mattelə (Fransa) 19:7, Yakob Barnettə (Böyük Britaniya) 17:9 və Xavier Perezə (İspaniya) isə 9:7 hesabı ilə qalıb gələrək yarımfinala yüksəlib.

Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Tağızadə həlledici görüşdə rusiyalı Boris Krasnovla döyüşüb. O, 0:1 hesabı ilə uduzaraq Azərbaycana Universiadada üçüncü medalı qazandırıb. Daha əvvəl cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib.  

Qeyd edək ki, yığmanın digər üzvü Qaşım Maqomedov (54 kq) ilk rəqibi indoneziyalı Embrion Hidayətullaha (29:19) qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə uduzaraq (10:12) mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi