Azərbaycan taekvondoçuları Türkiyədən 5 medalla qayıdır
Fərdi
- 13 fevral, 2022
- 20:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Taekvondo üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilmiş "Turkish Open" turnirində 1 qızıl, 4 bürünc medal qazanıb.
"Report"un məlumatına görə, olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 87 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu yenərək, qızıl medala sahib olub.
Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.
Qeyd edək ki, "Turkish Open"də 49 ölkədən 1250 taekvondoçu mübarizə aparıb.
Son xəbərlər
20:25
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Fərdi
20:07
G20 sammitində iqtisadi artım və təhlükəsizlik məsələləri müzakirə olunacaq
Digər ölkələr
19:44
Foto
"Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub
Mədəniyyət siyasəti
19:36
Ştaynmayer: Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir
Digər ölkələr
19:28
Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb
Futbol
19:16
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Region
19:02
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region