Yuxarı

Azərbaycan taekvondoçuları Rusiyada keçirilən yarışda dörd medal qazanıblar

İdmançılarımız beynəlxalq turnirə baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə qatılıblar

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 3-dən 5-dək Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində taekvondo üzrə ənənəvi “Cup of Elbrus” Beynəlxalq turniri keçirilir.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançılarından Fizam Mehdiyev (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarışın ikinci günündə Röya Süleymanova (26 kq) qızıl, Gülsüm Həsənzadə (28 kq) gümüş, Kənan Məmmədov (26 kq) isə bürünc medal qazanıblar.

Ölkəmiz turnirdə 21 taekvondoçu ilə təmsil olunur.

İdmançılarımız beynəlxalq turnirə baş məşqçi Vurğun Cəfərovun rəhbərliyi ilə qatılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi