Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 13 medal qazanıblar

Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 13 medal qazanıblar 3 idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
8 Fevral , 2017 14:49
Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 13 medal qazanıblar

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı davam edir. "Report"un Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ikinci yarış günündə Azərbaycan idmançıları daha 13 medal qazanıblar.

Lənkəran TİM-nin yetirməsi Fərid Sultan (51 kq), "Gilan"dan Orxan Tağızadə (+78 kq) və 2 saylı "Gömrükçü" klubundan Mehriban Məmmədova (46 kq) qızıl medal qazanıblar.

Xanoğlan Kərimov (45 kq, 2 saylı "Gömrükçü"), Qasım Aslanov (59 kq, "Gilan"), Cavad Ağayev (63 kq, "Gilan"), Həsən İbrahimov (73 kq, "Gilan") və Mirvari Qənbərli (42 kq, "Gilan") finalda uduzaraq gümüş medala sahib çıxıblar.

Məhəmməd Əlizadə (48 kq, "Gilan"), Ayaz Qənbərli (51 kq, "Gilan"), Sevda Pirseyidova (44 kq, "Savalan"), Nərgiz Mirzəyeva (46 kq, "Gilan") və Nərmin Süleymanova (2 kq, "Gilan") isə yarışı bürünc medalla başa vurublar.

Qeyd edək ki, çempionatın ilk gününda Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi