Azərbaycan taekvondoçuları Ankarada daha 4 medal qazanıblar
Fərdi
- 08 iyul, 2023
- 07:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın gənc taekvondoçuları Ankarada keçirilən Açıq Türkiyə çempionatında 4 medal qazanıblar.
Federasiyadan "Report"a verilən məlumata görə, yarışın ikinci günündə mübarizəyə qoşulan yığma aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdırıb.
Qadınlardan Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qardaş ölkədə Azərbaycan himnini səsləndirib. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medala yiyələnib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın yeniyetmə taekvondoçuları 4 qızıl və 4 bürünc medal əldə ediblər.
Son xəbərlər
09:28
Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib
Hadisə
09:28
İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
Futbol
09:09
Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır
Fərdi
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.10.2026)
Maliyyə
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol