Azərbaycan taekvondo millisi beynəlxalq turniri 3 medalla başa vurub

Azərbaycan taekvondo millisi beynəlxalq turniri 3 medalla başa vurub Azərbaycan taekvondo millisi İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” beynəlxalq turnirini 3 medalla başa vurub.
Fərdi
16 Fevral , 2024 11:36
Azərbaycan taekvondo millisi beynəlxalq turniri 3 medalla başa vurub

Azərbaycan taekvondo millisi İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” beynəlxalq turnirini 3 medalla başa vurub.

“Report”un məlumatına görə, yarışın son günündə daha 2 idmançı fəxri kürsüyə qalxıb.

Yığmanın heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələniblər. Daha əvvəl Rahid Vəliyev (54 kq) də üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, taekvondo millimiz Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda iştirak edəcək. Bu gün startı veriləcək yarış fevralın 19-da yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi