Azərbaycan taekvandoçuları Avropa çempionatının ikinci günündə 10 medal qazanıb

Azərbaycan taekvandoçuları Avropa çempionatının ikinci günündə 10 medal qazanıb Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının ikinci günü Azərbaycan taekvandoçuları uğurlu çıxış edərək 10 medal qazanıb.
Fərdi
8 Fevral , 2018 00:21
Azərbaycan taekvandoçuları Avropa çempionatının ikinci günündə 10 medal qazanıb

Bakı. 8 fevral. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatının ikinci günü Azərbaycan taekvandoçuları uğurlu çıxış edərək 10 medal qazanıb.

"Report" Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, gənclərdən ibarət milli yığma komandanın idmançıları - Cavad Ağayev (-63 kg) və Taleh Süleymanov (-73 kq), qızlardan Minayə Əkbərova (-44 kq) və Sevda Pirseyidova (- 49 kq ) yarışın qızıl medalını qazanıblar.

Komandanın digər üzvlərindən Xanoğlan Kərimov (-48 kg ), Ayaz Qənbərli (-51kq) və Ofeliya Allahverdiyeva (- 42 kq) finalda məğlub olaraq gümüş medala sahib olublar.

Nihad Abbasov (- 45 kg), Bəhruz Quluzadə (-48 kq) və Yaşar Məmmədli (-51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüb.

Son xəbərlər

Orphus sistemi