Azərbaycan Stronqmen Federasiyası ötən il qazanılan medalların sayını açıqlayıb

Azərbaycan Stronqmen Federasiyası ötən il qazanılan medalların sayını açıqlayıb Ötən il Azərbaycan Stronqmen Federasiyasının idmançıları ötən il 41 medal qazanıblar.
Fərdi
26 Yanvar , 2024 12:24
Azərbaycan Stronqmen Federasiyası ötən il qazanılan medalların sayını açıqlayıb

Azərbaycan Stronqmen Federasiyasının (ASF) idmançıları ötən il 41 medal qazanıblar.

"Report" xəbər verir ki, bu barədə qurumun 2023-cü ilin yekunlarına həsr edilmiş iclasında bildirilib.

Toplantıda çıxış edən ASF prezidenti Bəxtiyar Quliyev ötən il əldə olunan nailiyyətlər və idmançıların qazandığı uğurlar barədə məlumat verib.

O, 2023-cü ildə federasiya idmançılarının 7 beynəlxalq turnirdə güclərini sınadığını xatırladıb: "Həmçinin ölkəmizdə 6 yarış təşkil olunub. Atletlər beynəlxalq turnirlərdə 35 qızıl, 3 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 41 medal əldə ediblər. Ötən ilin yerli yarışlarına noyabrda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən turnirlə yekun vurulub. Bütün bunları nəzərə alaraq, federasiyanın ötənilki fəaliyyətini uğurlu hesab etmək olar".

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində ötən il mühüm addımların atıldığını diqqətə çatdıran federasiya prezidenti Dünya Stronqmen Federasiyasına vitse-prezident təyin olunmasının Azərbaycan idmanına növbəti etimadın göstəricisi olduğunu söyləyib.

Bəxtiyar Quliyev cari il üçün yarış təqviminin artıq hazır olduğunu diqqətə çatdıraraq qeyd edib ki, martda idmançılarımızı Qırğızıstanın paytaxtı Bişkekdə açıq Asiya çempionatı və Dubayda dünya çempionatı gözləyir. İdmançılarımız artıq bu iki yarışın hazırlığına start veriblər. Ölkəmizdə də yerli yarışlarla yanaşı, mötəbər beynəlxalq turnirlərin təşkili nəzərdə tutulub. Sonra federasiyanın bir qrup idmançısına “İdman ustası” fəxri adı təqdim olunub. Cari ilin təqvim planı, təlim-məşq toplanışları və digər məsələlər barədə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi