Yuxarı
    Bağlamaq

    Azərbaycan Stolüstü Tennis Federasiyasının növbədənkənar iclası keçirilib

    Federasiyada vitse-prezidentlərin sayı artırılıb

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Stolüstü Tennis Federasiyasının ümumi yığıncağının növbədənkənar iclası keçirilib. "Report"un Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda federasiyanın Nizamnaməsində dəyişiklik edilib.

    Qurumun qarşısında duran yeni vəzifələrlə əlaqədar vitse-prezidentlərin sayı artırılıb. Bunadək baş katib vəzifəsində çalışmış Səbuhi Mehdizadə vitse-prezident funksiyasını yerinə yetirəcək. Qurumun digər vitse-prezidenti isə Fazil Məmmədovdur.

    İclasda qəbul edimiş qərara uyğun olaraq, federasiya fəaliyyətini artıq yeni ünvanda davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi