​Azərbaycan samboçusu Dünya Kubokunda qızıl medal qazanıb

​Azərbaycan samboçusu Dünya Kubokunda qızıl medal qazanıb Amil Qasımov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
29 Mart , 2015 17:45
​Azərbaycan samboçusu Dünya Kubokunda qızıl medal qazanıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan samboçuları Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə keçirilən Dünya Kubokunda daha 2 medal qazanıb. 

"Report"un məlumatına görə, medallardan biri qızıl, digəri bürünc olub.

74 kq çəki dərəcəsində çıxış edən Amil Qasımov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elmuraz Qasımov isə 100 kq çəkidə üçüncü yerlə kifayətlənib.

Qeyd edək ki, Dünya Kubokunun ilk günündə Azərbaycan samboçuları 2 gümüş və 2 bürünc medala sahib olub. Yarışa martın 30-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi