Yuxarı

Azərbaycan samboçusu erməni rəqibini yenərək ikiqat Avropa çempionu olub

Amil Qasımov 74 kq. çəkidə qızıl medal qazanıb

Bakı. 15 May. REPORT.AZ/ Azərbaycan samboçusu Amil Qasımov karyerasında ikinci dəfə Avropa çempionu olub.

"Report"un məlumatına görə, 30 yaşlı idmançı bu nailiyyətə Rusiyanın Kazan şəhərində keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatında imza atıb.

O, finalda erməni əsilli Ukrayna idmançısı Artur Sarkisyanı vaxtından əvvəl təmiz qələbə ilə məğlub edib - 9:0.

Fəxri kürsüdə Azərbaycan himnini Ermənistandan olan Arsen Qazaryan da dinləyib. Qazaryan belaruslu Dmitri Smolinlə birgə bürünc medalçı olub.

Bu, Avropa çempionatında Azərbaycanın ikinci medalı olub. İlk yarış günündə Emil Həsənov 68 kq. çəkidə bürünc medala yiyələnib.

Qeyd edək ki, Amil Qasımov 2014-cü ildə həm Avropa, həm də dünya çempionu olub.

İdman sambosu. Kişilər. 74 kq.

1. Amil Qasımov (AZƏRBAYCAN) 
2. Artur Sarkisyan (Ukrayna)
3. Dmitri Smolin (Belarus) və Arsen Qazaryan (Ermənistan).

Avropa çempionatına mayın 15-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi