Azərbaycan şahmatçısı nüfuzlu turniri ilk 3-lükdə başa vurub

Azərbaycan şahmatçısı nüfuzlu turniri ilk 3-lükdə başa vurub hriyar Məmmədyarov 13-cü turda Sergey Karyakinlə qarşılaşıb
Fərdi
1 Fevral , 2016 05:03
Azərbaycan şahmatçısı nüfuzlu turniri ilk 3-lükdə başa vurub

Bakı. 1fevral. REPORT.AZ/Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalına yekun vurulub. "Report"un məlumatına görə, "Masters" adlı əsas yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 13-cü turda ağ fiqurlarla 2015-ci ildə Bakıda keçirilmiş Dünya Kubokunun qalibi Sergey Karyakinlə qarşılaşıb.

Görüş 31-ci gedişdə heç-heçə ilə nəticələnib - 0,5:0,5.

Beləliklə, keçirdiyi 13 görüşdən 9-da xallarını yarı bölən Məmmədyarov 2 qələbə və eyni sayda məğlubiyyətlə çinli İ Veylə birgə hərəyə 6,5 xalla yarışı 7-8-ci pillədə tamamlayıb. Qalib adını 9 xala malik norveçli dünya çempionu Maqnus Karlsen əldə edib. O, həm də azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə təsis olunmuş "Fair Play" mükafatına da sahib çıxıb. Mükafatı V.Həşimovun qardaşı Sərxan Həşimov təqdim edib.

Daha aşağı reytinqli şahmatçıların yer aldığı "Çelencers" yarışında isə azərbaycanlı daha bir şahmatçı Eltac Səfərli son turda qara fiqurlarla gürcüstanlı Nino Batsiaşvilini məğlub edib. Bununla da Səfərli hindistanlı Başkaran Adxiban və rusiyalı Aleksey Dreyevlə birgə hərəyə 9 xalla yarışı 1 - 3-cü yerdə başa vurub. O, əlavə göstəricilərdə Adxibanı özündən irəli buraxaraq, ikinci olub. Daha bir azərbaycanlı şahmatçı Nicat Abbasov 6,5 xalla 6 - 10-cu pillələri bölüşüb. 

Son xəbərlər

Orphus sistemi