Vasif Durarbəyli: "Başqalarını yoluxdurmamaq üçün zəif rəqiblə görüşü tez bitirdim"

Vasif Durarbəyli: "Başqalarını yoluxdurmamaq üçün zəif rəqiblə görüşü tez bitirdim" Azərbaycan şahmatçısı Vasif Durarbəyli İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
Fərdi
30 Avqust , 2021 14:52
Vasif Durarbəyli: Başqalarını yoluxdurmamaq üçün zəif rəqiblə görüşü tez bitirdim

Azərbaycan şahmatçısı Vasif Durarbəyli İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Bu barədə "Report"a beynəlxalq dərəcəli qrossmeysterin özü məlumat verib. Onun sözlərinə görə, koronavirusa yoluxduğu üçün yarışla erkən vidalaşmalı olub:

"İkinci turdan sonra özümdə soyuqdəymə əlamətləri hiss etdim. Bir az da narahatlıq yarandı ki, bəlkə koronavirus tutmuşam. Başqalarını yoluxdurmamaq, bu riski aradan qaldırmaq üçün 3-cü turda reytinqdə məndən zəif olan şahmatçı ilə demək olar ki, oynamadım, tez heç-heçə edib, test verməyə getdim. Düşündüm ki, test nəticəsi mənfi olsa, mənəvi rahat olaram.Təəssüf ki, cavab müsbət çıxdı və oyunlarda iştirak etmədim. Daha sonra dəqiqləşdirmək üçün məndən PCR testi götürdülər. Bu gün həmin nəticə də pozitiv çıxdı".

Durarbəyli karantin müddətini başqa hoteldə keçirəcəyini söyləyib: "Bunadək turnirin təşkil olunduğu hoteldə qalırdım. 10 gün karantində olacağam. Özümü normal hiss edirəm. Haradan yoluxmağımla bağlı dəqiq söz deyə bilmərəm. Yəqin ki, virus orada təmasda olduğum insanların birindən keçib".

Qeyd edək ki, Vasif Durarbəylidən başqa, ingiltərəli Pein Malkolm və islandiyalı şahmatçılar Stefan Berqssonla Torestin Leyfssoun da test nəticələri pozitiv çıxıb.

Son xəbərlər

Orphus sistemi