Yuxarı
    Bağlamaq

    Azərbaycan şahmatçısı İranda bürünc medal qazanıb

    Azər Mirzəyev 7 xal toplayıb

    Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan şahmatçısı Azər Mirzəyev İranın Rəşt şəhərində keçirilmiş 13-cü beynəlxalq “Xəzər Open” festivalında bürünc medal qazanıb. "Report"un məlumatına görə, 15 ölkədən 321 zəka sahibinin mübarizə apardığı festivalda A.Mirzəyev ölkənin 60 təmsilçisi arasında ən yüksək nəticəni göstərib. 

    O, 7 xalla turnirin mükafatçısı olub. Turnirin qalibi adına isə aktivinə 8 xal yazan polşalı Yatsek Stopa layiq görülüb. 

    Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilmiş yarış 9 turdan ibarət olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi