Azərbaycan şahmatçısı Eltac Səfərli Avropa çempionatında 8-ci yeri tutub

Azərbaycan şahmatçısı Eltac Səfərli Avropa çempionatında 8-ci yeri tutub Qalib adını Xorvatiya təmsilçisi qazanıb
Fərdi
28 Mart , 2018 18:02
Azərbaycan şahmatçısı Eltac Səfərli Avropa çempionatında 8-ci yeri tutub

Bakı. 28 mart. REPORT.AZ / Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatına yekun vurulub.

"Report"un məlumatına görə, 302 zəka ustasının iştirak etdiyi yarışda xorvatyalı İvan Şariç qızıl medal qazanıb. O, çempionatın sonuncu turunda çexiyalı David Navaronu məğlub edib. Şariç 11 turdan sonra 8,5 xal toplayıb. Avropa çempionatında 7 şahmatçı 8 xala malik olsa da, əlavə göstəricilərə əsasən, polşalı Radoslav Voytaşek ikinci yeri tutub. Üçüncu yerə isə rusiyalı Sənan Syuqirov layiq görülüb.

Azərbaycan təmsilçilərindən Eltac Səfərli Avropa çempionatında 8 xalla 8-ci yeri tutub. Hərəyə 7,5 xalı olan Rauf Məmmədovla Qədir Hüseynov isə 26-27-ci yerlərdə qərarlaşıblar. 

Qeyd edək ki, 2017-ci ildə Avropa çempionu adını rusiyalı Maksim Matlakov qazanıb.

Son xəbərlər

Orphus sistemi