Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanmasına münasibət bildirib

Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanmasına münasibət bildirib Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanması barədə danışıb.
Fərdi
20 Noyabr , 2024 12:55
Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanmasına münasibət bildirib

Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanmasına münasibət bildirib.

36 yaşlı qrossmeyster bu barədə "Report"a açıqlama verib.

Məmmədov Dünya Kubokunda hər nəticənin qeydə alına biləcəyini söyləyib:

"Avropa çempionatı həmişə çətin yarış olub. Burada 400-dən çox iştirakçı var idi və Dünya Kubokuna cəmi 20 şahmatçı vəsiqə qazana bilərdi. Yarış mənim üçün yaxşı başladı. Turnir ərzində liderlər sırasında idim. Sonda da Dünya Kubokuna vəsiqəni təmin etdim".

Təcrübəli şahmatçı azərbaycanlı qrossmeyster Nicat Abasovun 2023-cü ildə Dünya Kubokunda yarımfinaladək irəlilədiyini xatırladıb:

"Demək istəyirəm ki, yaxşı hazırlıq olsa, hər şey ola bilər".

Qeyd edək ki, Rauf Məmmədov Avropa çempionatında 11 turdan sonra 7,5 xalla 14-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi