Azərbaycan şahmatçılarının Rumıniyada keçirilən dünya çempionatında ilk oyunları təxirə salınıb

Azərbaycan şahmatçılarının Rumıniyada keçirilən dünya çempionatında ilk oyunları təxirə salınıb Bəzi ölkələrin nümayəndə heyətləri İaşi şəhərinə nəzərdə tutulan vaxtda çata bilməyiblər
Fərdi
22 Aprel , 2017 13:39
Azərbaycan şahmatçılarının Rumıniyada keçirilən dünya çempionatında ilk oyunları təxirə salınıb

Buxarest. 22 aprel. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FİDE) Rumıniyanın İaşı şəhərində təşkil olunan məktəblilər arasında keçirilən şahmat üzrə dünya çempionatının bu gün keçiriləcək ilk turunu təxirə salıb. 

“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, buna səbəb İaşi şəhərində son günlər hava şəraitinin kəskin dəyişməsi səbəb olub. Şəhərə yağan qar magistral yolların bağlanmasına, havaların dumanlı keçməsi isə bir sıra aviareyslərin təxirə düşməsinə səbəb olub. Nəticədə yarışda iştirak edəcək bəzi ölkələrin nümayəndə heyətləri İaşi şəhərinə nəzərdə tutulan vaxtda çata bilməyiblər.

Təşkilat Komitəsindən “Report”a verilən məlumata görə, açılış oyunları sabah, aprelin 24-də isə 2-ci və 3-cü turun oyunları keçiriləcək. 7 yaşından 17 yaşınadək kateqoriyada klassik şahmat üzrə yarışlarda Azərbaycanı 14 şahmatçı təmsil edir.

Oğlanlar:

7 yaş

Murad Mehtizadə (1124)

Ziya Məmmədov (1302),

9 yaş

Fərid Orucov (1496)

Əli Süleymanov (1357)

11 yaş

Süleyman Süleymanov (1726)

13 yaş

Altay Eynullayev (2229)

15 yaş

Murad İbrahimli (2306)

17 yaş

Xəzər Babazadə (2005)

Qızlar

7 yaş

Lalə Nəsirova

9 yaş

Leyla Budaqova Leyla (1237)

11 yaş

Səmra Qasımova (1565)

13 yaş

Səbinə Rzalı (1734)

15 yaş

Ləman Hacıyeva (1816)

17 yaş

Süsən Məmmədova (1902)

İaşi şəhər Mədəniyyət Sarayında keçiriləcək məktəblilər arasında dünya çempionatı aprelin 30-dək davam edəcək. Çempionata 46 ölkədən 500-dək şahmatçı qatılıb.

Son xəbərlər

Orphus sistemi