Azərbaycan şahmatçılarının beynəlxalq turnirdə mövqeləri müəyyənləşib
Fərdi
- 07 mart, 2024
- 13:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan şahmatçılarının Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open 2024” beynəlxalq turnirində mövqeləri müəyyənləşib.
“Report”un məlumatına görə, festivala qatılan 6 şahmatçımız arasında ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.
O, 9 turun yekununda 142 nəfər arasında 6 xalla 17-ci yeri tutub. Digər təmsilçilərimizdən Şiroğlan Talıbov 4,5 xalla 60-cı, Elmar Atakişiyev 4 xalla 102-ci, Vüqar Manafov 4 xalla 106-cı, Xaqan Əhməd 3,5 xalla 119-cu, Şahin Vəliyev isə 3 xalla 130-cu pillədə qərarlaşıb.
Turnirin qalibi 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai olub.
Qeyd edək ki, ənənəvi “Aeroflot Open” turniri 2002-ci ildən keçirilir.
Son xəbərlər
20:04
Danimarka Ukraynaya 645 milyon avro məbləğində hərbi yardım paketi ayıracaq
Digər ölkələr
19:55
Zelenski: Əbu-Dabidəki üçtərəfli danışıqlar konstruktiv və məzmunlu idi
Digər ölkələr
19:42
Makron və Paşinyan Fransa-Ermənistan tərəfdaşlığını müzakirə ediblər - Yenilənib
Digər ölkələr
19:35
"Turan" voleybol komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb
Komanda
19:18
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib
Xarici siyasət
19:17
Rubio Ukrayna üzrə Əbu-Dabidə keçirilmiş danışıqları məhsuldar adlandırıb
Digər ölkələr
18:56
Moskva və Kiyev Əbu-Dabidəki danışıqlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər
Digər ölkələr
18:36
Marko Rubio İranın müharibənin başa çatdırılması üçün irəli sürdüyü şərtləri absurd adlandırıb – Əlavə olunub
Digər ölkələr
18:25
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
Region