Azərbaycan şahmatçıları Batumidə keçirilən dünya çempionatda iştirak edirlər

Azərbaycan şahmatçıları Batumidə keçirilən dünya çempionatda iştirak edirlər Baş konsul Rəşad İsmayılov yeniyetmə idmançılarımıza uğurlar arzulayıb
Fərdi
20 Oktyabr , 2016 14:02
Azərbaycan şahmatçıları Batumidə keçirilən dünya çempionatda iştirak edirlər

Batumi. 20 oktyabr. REPORT.AZ/ Batumi şəhərində 12 yaşadək uşaqlar arasında şahmat üzrə dünya çempionatı keçirilir. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, turnirin açılış mərasimində Acariya hökumətinin nümayəndələri, Avropa Şahmat İttifaqının sədri Zurab Azmaiparaşvili, Gürcüstan Şahmat Federasiyasının sədri Gia Qiorqadze iştirak ediblər.

Acarıstan hökumətinin sədri Zurab Pataradze ilk simvolik gediş edib.

Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov Azərbaycanın yeniyetmə şahmatçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Oktyabrın 30-da başa çatacaq çempionatda 66 ölkədən 728 idmançı iştirak edir.

Qeyd edək ki, Azərbaycan idmançıları bu çempionatda “SOCAR Georcia” şirkətinin maliyyə dəstəyi ilə iştirak edirlər. 

Son xəbərlər

Orphus sistemi