Azərbaycan şahmatçıları Avropa çempionatında ikisi qızıl olmaqla 5 medal qazanıblar

Azərbaycan şahmatçıları Avropa çempionatında ikisi qızıl olmaqla 5 medal qazanıblar Ayan Allahverdiyeva və Read Səmədov son turda qızıl medalı əldən veriblər
Fərdi
15 Sentyabr , 2017 05:39
Azərbaycan şahmatçıları Avropa çempionatında ikisi qızıl olmaqla 5 medal qazanıblar

Buxarest. 15 sentyabr. REPORT.AZ/ Rumıniyanın Qara dəniz sahilində yerləşən Mamaya kurortunda uşaqlar və yeniyetmələr arasında keçirilən Avropa çempionatı başa çatıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, son turda şahmatçılarımız Aydın Süleymanlı 7,5 (12 yaş) və Gövhər Beydullayeva isə 8,5 xalla (14 yaş) öz yaşıdları arasında turnir cədvəlini 1-ci pillədə başa vuraraq qitə birinciliyinin qızıl medallarını qazanıblar.

Digər zəka sahiblərimiz Səmra Qasımova (10 yaş) və Read Səmədov çempionatın gümüş medallarına yiyələniblər. Azərbaycan millisinin hesabına sonuncu medal isə Ayan Allahverdiyevadan (12 yaş) gəlib. Son turadək qrup lideri olan A.Allahverdiyeva 9-cu turda rusiyalı şahmatçı Yeva Stepanyana məğlub olub və qitə birinciliyini 3-cü pillədə yekunlaşdırmaqla bürünc medalı özünə təmin edib.

Sentyabrıın 4-dən 15-dək davam edən Avropa çempionatında ölkəmizi 28 şahmatçı təmsil edib.

Son xəbərlər

Orphus sistemi