Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb Bakı. 24 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına start verilib.
Fərdi
24 Sentyabr , 2018 19:26
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına start verilib.

"Report"un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət əsas milli komandası ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivi ilə üz-üzə gəlib.

Görüşlərdən sonra üstünlük əsas milli komandanın tərəfində olub. Teymur Rəcəbov rəqibi ilə heç-heçə edib. Eltac Səfərli, Rauf Məmmədov və Arkadi Naydiç görüşlərini qələbə ilə başa vurublar.

Azərbaycan - Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandası - 3.5:0.5

Teymur Rəcəbov (2751) - İqor Yarmanov (2376) - 0,5:0,5

Arkadi Naydiç (2721) - Andrey Qurbanov (2305) - 1:0

Rauf Məmmədov (2699) - Dmitri Scerbin (2264) - 1:0

Eltac Səfərli (2676) - Andrey Tersinsev (2194) - 1:0 

Son xəbərlər

Orphus sistemi