Azərbaycan Şahmat Federasiyasında səlahiyyət dəyişikliyi edilib

Azərbaycan Şahmat Federasiyasında səlahiyyət dəyişikliyi edilib Mahir Məmmədov: "Federasiya Teymur Rəcəbovun yazdığı proqram əsasında ona birbaşa maliyyə dəstəyi verir"
Fərdi
4 Dekabr , 2021 13:25
Azərbaycan Şahmat Federasiyasında səlahiyyət dəyişikliyi edilib

"Birinci növbədə, aparatı təşkil etməklə məşğuluq. Federasiya aparatınının baş katibin rəhbərliyi altında fəaliyyət göstərməsinə qərar verilib. Hazırda işlək komissiyaları təsis etmək üzərinə çalışırıq".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının yeni prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, vitse-prezident Faiq Həsənov bundan sonra aparata birbaşa rəhbərlik etməyəcək: "Sadəcə, nəzarət edəcək. Ən birinci nəzarət onda olacaq".

Məmmədov Teymur Rəcəbovun Azərbaycan yığmasından ayrılacağı ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Onun millidə qalmayacağı barədə heç bir məlumat yoxdur. Yığmada çıxış etmək istəyir. İddiaçılar Turnirinə hazırlığı tam gücü ilə davam edir. Federasiya Rəcəbovun yazdığı proqram əsasında ona birbaşa maliyyə dəstəyi verir".

Son xəbərlər

Orphus sistemi