Azərbaycan sablyaçısı Türkiyədə bürünc medal qazanıb

Azərbaycan sablyaçısı Türkiyədə bürünc medal qazanıb Azərbaycanın yeniyetmə sablyaçısı Zərifə Hüseynova Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində bürünc medal qazanıb
Fərdi
15 Noyabr , 2021 10:58
Azərbaycan sablyaçısı Türkiyədə bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə sablyaçısı Zərifə Hüseynova Türkiyənin İstanbul şəhərində keçirilən “Yıldızlar Kılıç Cırcuit” turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, qrup mərhələsini 4 qələbə ilə başa vuran qılıncoynadan pley-offda Türkiyə və Bolqarıstanı təmsil edən rəqiblərinə qalib gələrək ən güclü "8-liy"ə yüksəlib.

Burada türkiyəli Gökce Sena Üstünə 10:15 hesabı ilə uduzan Hüseynova yekun sıralamada 100-dən çox idmançı arasında 7-ci olub və turnirin bürünc medalına layiq görülüb.

Qrupda 3 qələbəsi olan Fidan Quliyeva ilk pley-off görüşündə qalib gələrək ən güclü "64-lüy"ə yüksəlsə də, burada türkiyəli rəqibinə məğlub olub. Qrup mərhələsini qələbəsiz başa vuran Əminə Rzaquluzadə isə mübarizəni erkən dayandırıb.

Sablya üzrə yeniyetmə qızların komanda yarışındakı ilk görüşündə Türkiyəyə 22:45 hesabı ilə uduzan Zərifə Hüseynova, Fidan Quliyeva və Əminə Rzaquluzadədən ibarət seçmə kollektiv 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Rumıniyanın 3-cü komandasına 45:42 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Türkiyənin 5-ci komandasına 41:45 hesabı ilə məğlub olub. Yeniyetmə qız sablyaçılar 11-12-ci yerlər uğrunda keçirilən görüşdə Yunanıstanın 2-ci komandasına 35:45 hesabı ilə yenilib

Turnirdə görüşləri idarə hakimlər arasında gənc azərbaycanlı referi Cavanşir Ağakişiyev də olub.

Son xəbərlər

Orphus sistemi