"Formula 1"in rəhbəri Azərbaycan Qran-prisinin könüllüləri və marşalları ilə görüşüb - FOTOLAR

"Formula 1"in rəhbəri Azərbaycan Qran-prisinin könüllüləri və marşalları ilə görüşüb - FOTOLAR Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “İrimiqyaslı idman tədbirlərinin keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransın builki buraxılışında çıxış etmək üçün Bakıya xüsusi səfər edən Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri fevralın 12-də Bakı Konqres Mərkəzində Azərbaycan Qran-prisinin könüllüləri və marşalları ilə bir araya gələrək iştirakçılara şəxsi həyat təcrübələrindən danışıb, şəxsi inkişafa dair zəruri məsləhətlər verib.
Fərdi
125
14 Fevral , 2020 19:49
Formula 1in rəhbəri Azərbaycan Qran-prisinin könüllüləri və marşalları ilə görüşüb - FOTOLAR

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən “İrimiqyaslı idman tədbirlərinin keçirilməsinin ölkəyə faydaları” adlı beynəlxalq konfransın builki buraxılışında çıxış etmək üçün Bakıya xüsusi səfər edən "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri fevralın 12-də Bakı Konqres Mərkəzində Azərbaycan Qran-prisinin könüllüləri və marşalları ilə bir araya gələrək iştirakçılara şəxsi həyat təcrübələrindən danışıb, şəxsi inkişafa dair zəruri məsləhətlər verib.

BŞH-dən "Report"a verilən məlumata görə, "Formula 1" Dünya Çempionatının 70 illiyi və Azərbaycan Qran Prisinin 5 illiyi münasibətilə keçirilən konfrans çərçivəsində baş tutan görüş zamanı yarışın könüllüləri və marşalları Çeyz Keri ilə sual-cavab edərək beynəlxalq təcrübəli iş adamının biznesə və şəxsi inkişafa dair fikirlərinə, həmçinin uşaqlıq illərindən etibarən indiyədək yaşadığı önəmli həyat təcrübələrinə yaxından bələd olublar.

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İrana Əhmədova "Formula 1"in ali rəsmisi ilə görüşün çox səmərəli keçdiyini bildirib: "Biz hər il minlərlə gənclə işləyirik və korporativ sosial məsuliyyət strategiyamız çərçivəsində bir sıra tədbirlər həyata keçiririk. Bu gün yenə eyni məqsədlə bir araya gəldik. Cənab Keri ilə bir yerdə olmaq və onun dəyərli məsləhətlərini eşitmək olduqca faydalı idi. Bütün iştirakçılarımız bu görüşdən çox böyük zövq aldılar və hərtərəfli şəkildə faydalandılar.

Gənclərin inkişafı bizim sosial məsuliyyət strategiyamızın tərkib hissəsidir. Mən fəxrlə deyə bilərəm ki, "Formula 1" yarışının könüllüləri və marşalları irimiqyaslı tədbirlərin bir parçası olmaqla özlərini qabiliyyətli, yaradıcı və savadlı gənclər kimi isbat ediblər".

Görüşdə "Formula 1" Azərbaycan Qran-prisinin 250-ə yaxın könüllü və marşalı iştirak edib. Bu il əməliyyat şirkəti könüllü fəaliyyətinə əsaslanan Marşal və Könüllü proqramlarının 5 illiyini keçirir. Digər tərəfdən 2020-ci il ölkə miqyasında "Könüllülər ili" kimi qeyd olunur. Hər iki əlamətdar hadisə ilə əlaqədar olaraq, əməliyyat şirkəti yarışa hazırlıq işlərinin intensivləşəcəyi önümüzdəki aylar ərzində də bir sıra oxşar görüşlər və maraqlı proqramlar keçirməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi