Azərbaycan Qran-prisi üçün hazırlıq işlərinin 90 faizi tamamlanıb

Azərbaycan Qran-prisi üçün hazırlıq işlərinin 90 faizi tamamlanıb Tom Batçer: “Tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb"
Fərdi
20 Aprel , 2018 12:13
Azərbaycan Qran-prisi üçün hazırlıq işlərinin 90 faizi tamamlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin 90 faizi başa çatıb. 

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer məlumat verib.   

O, bildirib ki, pit və komanda binaları, eləcə də qarajlar tam hazırdır: “Tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb. Qalanlar da növbəti günlərdə tamamlanacaq. Bizi bir həftə sonra çox gözəl yarış gözləyir. Bakı küçələrində sürüclərin mübarizəsinə, savaşına şahid olacaqsınız. Ötən il olduğu kimi, trekin düşdüyü mərkəzi küçələri bağlayacağıq”.

Avstraliyalı funksioner bildirib ki, dənizlə gələn bütün yüklər artıq Bakıya çatıb. Gələn həftənin əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər. Onun sözlərinə görə, bu il əyləncə tədbirləri əvvəlkilərdən qat-qat çox olacaq: "Ona görə də öz yaxınlarınıza pilotların küçə savaşına, “Formula-1”in ən möhtəşəm yarışına şahid olmağa gəlməyi tövsiyyə edə bilərsiniz”.

T.Buçer onu da deyib ki, Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda küləkli hava şəraitinə hazırdır.

Azərbaycan Qran-prisi aprelin 27 – 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi