Azərbaycan Qran-prisi: Təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilib

Azərbaycan Qran-prisi: Təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilib Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar
Fərdi
27 Mart , 2017 17:44
Azərbaycan Qran-prisi: Təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilib

Bakı. 27 mart. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə çərçivəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək baryer quraşdırma işləri aparılacaq.

Paytaxt sakinlərindən xahiş olunur ki, göstərilən müddət ərzində bu ərazidə avtomobillərini saxlamasınlar.

Qeyd edək ki, "Forumla-1"də yeni mövsümə martın 26-da Avstraliyanın Melburn şəhərində start verilib. İyunun 23-25-də isə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi