"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
"Report"un məlumatına görə, "Red Bull" pilotu Serxio Peres finişə birinci çatıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Karlos Sayns üçüncü olub. "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə 11-ci yerlə kifayətlənib.
Günün ilk yarısında gerçəkləşən birinci sərbəst yürüşdə Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.
İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.
Beləliklə, Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib.
"Report"un məlumatına görə, pilotlar saat 17:00-dək bolidlərini sınaqdan keçirəcəklər.
Günün ilk yarısında gerçəkləşən birinci sərbəst yürüşdə "Red Bull" pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayaraq birinci olub.
İyunun 5-də "Formula 1"də üçüncü test yürüşü və sıralama turu, iyunun 6-da isə əsas mərhələ gerçəkləşəcək.