Azərbaycanın qış paralimpiadasındakı bayraqdarı və şef-de-missionu bəlli olub

Azərbaycanın qış paralimpiadasındakı bayraqdarı və şef-de-missionu bəlli olub İdmançının çıxışı martın 9-da baş tutacaq
Fərdi
17 Fevral , 2022 10:59
Azərbaycanın qış paralimpiadasındakı bayraqdarı və şef-de-missionu bəlli olub

Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandasının şef-de missionu və bayraqdarı müəyyənləşib.

Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimovun qərarına əsasən, komitənin idman şöbəsinin müdiri Rauf Mürsəlov yığmanın şef-de-missionu təyin edilib.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançının çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.

Son xəbərlər

Orphus sistemi