Azərbaycan qılıncoynadanı dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan qılıncoynadanı dünya çempionatında mübarizəni dayandırıb Azərbaycanlı qılıncoynadan Barat Quliyev Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.
Fərdi
19 iyul 2022 12:32
Azərbaycan qılıncoynadanı dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycanlı qılıncoynadan Barat Quliyev Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, qılıncoynatmanın şpaqa növündə çıxış edən Quliyev 1/16 final mərhələsində macarıstanlı Mate Tamaşa 6:14 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatına iyulun 23-də yekun vurulacaq.

15:45

Azərbaycanlı qılıncoynadan Barat Quliyev Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, qılıncoynatmanın şpaqa növündə çıxış edən Quliyev 1/32 finalda lüksemburqlu Flavio Cannotteyə 13:12 hesabı ilə qalib gəlib.

Onun 1/16 finaldakı rəqibi ABŞ idmançısı Yeisser Ramiresə 14:11 hesabı ilə qalib gəlmiş macarıstanlı Mate Tamaş Kox olacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.

Qeyd edək ki, dünya çempionatına 23 iyulda yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi