Azərbaycan qılıncoynadanı Afinada qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı Afinada qızıl medal qazanıb Azərbaycan qılıncoynadanı Anna Başta Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.
Fərdi
5 Mart , 2022 20:03
Azərbaycan qılıncoynadanı Afinada qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı Anna Başta Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə ispaniyalı Selia Suensa Perezə 15:8 hesabı ilə qalib gəlib.

O, ən güclü "16-lığ"a yüksəlmək uğrunda keçirilən qarşılaşmada italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Başta yarımfinala vəsiqə uğrunda fransalı Sara Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadan yarımfinalda polşalı Silvia Matuszaka da şans verməyib - 15:13.

Onun finaldakı rəqibi ispaniyalı Lusia Martin-Portuges olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi olub.

Qeyd edək ki, Anna Başta daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi