Yuxarı

Azərbaycanın qadın samboçuları Dünya Kubokunda 2 medal qazanıb

Minskdə keçirilən yarışda 3 bürünc medal əldə olunub

Bakı. 13 fevral. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə sambo üzrə Dünya Kubokuna yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan milli komandası yarışı 3 bürünc medalla başa vurub.

İkinci yarış günündə qadın samboçulardan Şəhanə Hüseynova (60 kq) və Nərminə Əlizadə (68 kq) mükafatçılar sırasına düşməyi bacarıb. İlk yarış günündə isə kişilərin mübarizəsində Nəsimi Umbayev (52 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, Belarus prezidentinin mükafatları uğrunda keçirilən Dünya Kubokuna 20 ölkə qatılıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi