Azərbaycan paralimpiyaçısı: "Avstriyada təşkil olunan yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm"

Azərbaycan paralimpiyaçısı: "Avstriyada təşkil olunan yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm" Avstriyada təşkil olunan yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm.
Fərdi
26 mart 2025 17:02
Azərbaycan paralimpiyaçısı: Avstriyada təşkil olunan yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm

Avstriyada təşkil olunan yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm.

"Report" xəbər verir ki, bunu Azərbaycan paralimpiyaçısı Polad Rzayev Avstriyanın Jerzens şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində debütü haqqında Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı təcrübəsinin azlığını qabardıb:

“Yarışdakı çıxışımı qənaətbəxş hesab edirəm. Təcrübəm azdır, daha çox məşq etməliyəm və öz üzərimdə çox çalışmalıyam. Hava şəraitinin yarış zolağında səbəb olduğu çətinliklərə baxmayaraq, öz çıxışımı uğurla yekunlaşdıraraq həlledici mərhələyə vəsiqə qazana bildim. Növbəti turnirlərdə də əlimdən gələni etməyə çalışacağam”.

Qeyd edək ki, Avstriyadakı turnirin LW3 kateqoriyasında mübarizə aparan P.Rzayev 1:40.19 nəticə ilə həlledici mərhələyə vəsiqə qazanıb. Lakin davam edən qatı duman səbəbindən Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) yarışın həlledici mərhələsinin keçirilməməsi barədə qərar qəbul edib.

Orphus sistemi