Azərbaycan paralimpiyaçılarının Tokioya yollanacaqları tarix açıqlanıb

Azərbaycan paralimpiyaçılarının Tokioya yollanacaqları tarix açıqlanıb Azərbaycan təmsilçilərinin Tokio-2020 Yay Paralimpiya Oyunlarına yollanacağı vaxt bəlli olub.
Fərdi
6 Avqust , 2021 11:37
Azərbaycan paralimpiyaçılarının Tokioya yollanacaqları tarix açıqlanıb
İlqar Rəhimov

Azərbaycan təmsilçilərinin Tokio-2020 Yay Paralimpiya Oyunlarına yollanacağı vaxt bəlli olub.

"Report"un məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov yarış öncəsi mətbuat konfransında bildirib.

O, ilk olaraq üzgüçülərin Yaponiyaya yollanacaqlarını söyləyib: "Milli komanda avqustun 10-da Yaponiyanın Şika şəhərində keçiriləcək təlim-məşq toplanışına, oradan isə paytaxt Tokioya gedəcək. Ən böyük heyət isə avqustun 19-u yola düşəcək".

Rəhimov idmançıların çətinliklərə baxmayaraq yarışlara yüksək səviyyədə hazırlaşdıqlarını sözlərinə əlavə edib. O, pandemiya qaydalarına görə, Oyunlara hamının eyni vaxtda gedə bilməyəcəyini xatırladıb.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Bu, ötən illərlə müqayisədə rekord göstəricidir. Onlardan 12-si para-atletika, 11-i paracüdo, 4-ü para-taekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi