Azərbaycan paralimpiyaçıları əlil arabasında idman rəqsi və paraşütlə tullanma yarışlarına qatılacaqlar

Azərbaycan paralimpiyaçıları əlil arabasında idman rəqsi və paraşütlə tullanma yarışlarına qatılacaqlar Qitələr Kuboku Sankt-Peterburqda, beynəlxalq turnir Minskdə keçiriləcək
Fərdi
29 Avqust , 2017 11:51
Azərbaycan paralimpiyaçıları əlil arabasında idman rəqsi və paraşütlə tullanma yarışlarına qatılacaqlar

Bakı. 29 avqust. REPORT.AZ/ Sentyabrın 9-da Rusiyanın Sankt Peterburq şəhərində əlil arabasında idman rəqsi üzrə Qitələr Kuboku start götürəcək. 

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək yarışda ölkəni Vüsalə Kərimova və Fərid Mehdiyev təmsil edəcək. 

Bundan başqa, hər iki idmançı və Kəmalə Babayeva sentyabrın 13-də Belarusun paytaxtı Minskdə 10 ölkənin iştirakı ilə əlil arabasında idman rəqsi və təyyarədən paraşütlə tullanma idman növü üzrə beynəlxalq yarışda mübarizə aparacaq. Yarış 5 gün davam edəcək. 

Qeyd edək ki, əlil arabası istifadəçilərinin təyyarədən paraşütlə tullanma idman növü dünya miqyasında paralimpiyaçılar arasında populyarlaşması MPK-nın təşəbbüsü ilə reallaşıb. Artıq ənənəvi olaraq, hər il Minskdə bu növ üzrə beynəlxalq yarışlar təşkil olunur. 

Son xəbərlər

Orphus sistemi