Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan nümayəndə heyətinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı geyimlərinin hazırlanması üçün Avropanın brend şirkətlərinə sifariş verilməyəcək. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətini rəhbəri Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu dəfə geyimlər İtaliyanın moda evlərindən birində tikiləcək. Amma yenə geyimlər yüksək keyfiyyətli, parad və idman geyimlərindən ibarət olacaq.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında geyimlər dünya şöhrətli dizayner Ermanno Scervinonun adını daşıyan moda evində hazırlanıb.