Füzuli və Cəbrayılın işğalının ildönümü ilə əlaqədar olimpiyaçıların qarşılanma mərasimində şən musiqilər səsləndirilməyəcək

Füzuli və Cəbrayılın işğalının ildönümü ilə əlaqədar olimpiyaçıların qarşılanma mərasimində şən musiqilər səsləndirilməyəcək Nümayəndə heyəti Heydər Əliyevin heykəlini ziyarət edəcək
Fərdi
206
23 Avqust , 2016 12:32
Füzuli və Cəbrayılın işğalının ildönümü ilə əlaqədar olimpiyaçıların qarşılanma mərasimində şən musiqilər səsləndirilməyəcək

Bakı. 23 avqust. REPORT.AZ/ "Rio-2016"da iştirak etmiş Azərbaycan nümayəndə heyətinin qarşılanması zamanı şən musiqi ifaları səsləndirilməyəcək. Bu barədə "Report"a qarşılanma mərasiminin təşkilatçısı olan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu gün Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü olduğundan, qarşılanma zamanı yalnız hərbi musiqilər ifa edilə bilər: "Qarşılanma mərasimində idmançıların ailələri, dostları və yaxınlarından əlavə, biz tərəfdən təxminən 300 - 500 nəfər olacaq. Hava limanından Mərkəzi Bankın önünə yollanaraq, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əklil qoyacağıq".

Qeyd edək ki, nümayəndə heyətinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enişi saat 18:20-yə planlaşdırılsa da, Rio-de-Janeyro aeroportunda sıxlıq olduğundan, təyyarə Bakıda 4 saat gec olacaq.

Son xəbərlər

Orphus sistemi