Azərbaycan nümayəndə heyəti Pekinə çatıb

Azərbaycan nümayəndə heyəti Pekinə çatıb Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyəti artıq Çinin paytaxtı Pekinə çatıb.
Fərdi
2 Fevral , 2022 16:11
Azərbaycan nümayəndə heyəti Pekinə çatıb

Qış Olimpiya Oyunlarına yollanan Azərbaycan nümayəndə heyətinin bir hissəsi artıq Çinin paytaxtı Pekinə çatıb.

Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Marketinq İdarəsinin müdiri Mehman Kərimov, “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Beynəlxalq proqramlar üzrə katibi Ceyhun Rəhmanov yer alıblar.

Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcəklər. 

Fiqurlu konkisürən, komandanın bayraqdarı Vladimir Litvinsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Ryabovanın çıxışı  15 və 17 fevralda baş tutacaq. Hər iki idmançı və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın Moskva şəhərindən yollanacaqlar. 

Qeyd edək ki, Pekin olimpiadası 4 - 20 fevralda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi