Azərbaycan millisinin sabiq qapıçısının qızı zədəli halda çempion olub

Azərbaycan millisinin sabiq qapıçısının qızı zədəli halda çempion olub Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə Kramarenko Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq yarışında zədəli halda çempion olub.
Fərdi
3 İyul , 2024 10:04
Azərbaycan millisinin sabiq qapıçısının qızı zədəli halda çempion olub

Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lalə Kramarenko Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq turnirində zədəli halda çempion olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə 19 yaşlı bədii gimnast özü bildirib.

O, zədəli halda çətinliklə çıxış etdiyini, anasına daha bacarmadığını, hər məşqdən sonra gözlərinin yaşardığını, buna rəğmən, yarışın sonuna qədər tab gətirdiyini bildirib. L.Kramarenko hazırda istirahətdə olduğunu və zədəsini müalicə etdirdiyini də söyləyib.

Qeyd edək ki, rusiyalı idmançı "BRICS Sports Games Kazan 2024"də fərdi çoxnövçülükdə və lentlə hərəkətlərdə qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi