Azərbaycan millisinin cüdoçusu zədə səbəbindən Qran-priyə qatılmayacaq

Azərbaycan millisinin cüdoçusu zədə səbəbindən Qran-priyə qatılmayacaq Cüdo üzrə Azərbaycan millisinin üzvü Leyla Əliyeva (48 kq) zədə səbəbindən Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-priyə qatılmayacaq.
Fərdi
24 Yanvar , 2024 14:14
Azərbaycan millisinin cüdoçusu zədə səbəbindən Qran-priyə qatılmayacaq

Cüdo üzrə Azərbaycan millisinin üzvü Leyla Əliyeva (48 kq) zədə səbəbindən Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-priyə qatılmayacaq.

Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 26 yaşlı cüdoçunun yüngül zədəsi olduğundan, məşqçi korpusu və tibbi personal onun yarışda iştirak etməməsini qərara alıb.

Qran-pridə Azərbaycan 16 cüdoçu ilə təmsil olunacaq. Qadınların yarışında Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq), kişilərdə isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq) ), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, Qran-pri yanvarın 26-28-i aralığında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi